AFFA rəsmisi "Barselona"nın oyununa təyinat aldı
ESTAFET/ AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
O, Belçikada yerli "Antverpen" və İspaniyanın "Barselona" komandaları arasında gerçəkləşəcək Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma dekabrın 13-də Belçikanın Deurne şəhərində keçiriləcək.