“Bayern” yeni transferini açıqladı

ESTAFET/ Almaniyanın "Bayern" klubu yeni futbolçu transfer edib.

Münhen təmsilçisinin rəsmi saytının xəbərinə görə, İspaniyanın "Qranada" klubundan Brayan Saraqosa heyətə cəlb olunub.

22 yaşlı ispan vinger mövsümün sonuna qədər La Liqa klubunda qalacaq. O, yeni komandasında yayda qoşulacaq. Tərəflər 5 illik müqavilə bağlayıblar.

Saraqosa bir dəfə İspaniya millisinin də formasını geyinib. 

Transferin “Bayern”ə 14 milyon avroya başa gəldiyi iddia olunur.

Müəllif: Orxan NOVRUZOV