Federasiya prezidenti dünya çempionu oldu - VİDEO

ESTAFET/ Azərbaycan Strongmen Federasiyasının prezidenti və vitse-prezidenti Dünya çempionu oldu.

16-17 Dekabr 2023-cü il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "WRPF" üzrə 9-cu Dünya çemionatı keçirilir.

Dünyanın 29 ölkəsi 4000-dən çox idmançıyla bu mötəbər yarışda iştirak edir.

Güc İdman Növləri üzrə keçirilən yarışda ölkəmizi başda Federasiya rəhbəri Bəxtiyar Quliyev olmaqla vitse-prezidentlər Raif Süleymanov, Namiq Cəfərov və komandamızın digər üzvləri təmsil edir.

Yarışda "Deadlift" hərərki üzrə 40-49 yaş kateqoriyasında (dopinq testlə) Bəxtiyar Quliyev 290 kg çəkinin öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bəxtiyar Quliyev bu nəticəsi  ilə öz idman karyerasında 9-cu dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Güc İdman Növləri üzrə keçirilən bu çempionatda ölkəmizi Azərbaycan Strongmen Federasiyası öz komondası ilə təmsil edir.

Vitse-prezident Raif  Süleymanov da öz çəkisində (95kg) Deadlift hərərkətində 3 yanaşmanın sonunda 260 kg çəkinin öhdəsindən gələrək bütün rəqliblərini qabaqlayaraq yarışı qızll medalla başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV