“İrəvan” “Araz-Naxçıvan”a, “İmişli” “Qəbələ”yə qarşı

ESTAFET/ Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Bu gün daha iki görüş baş tutacaq.

Günün ilk matçı “İrəvan”la “Araz-Naxçıvan” arasında keçiriləcək.

Digər qarşılaşma isə “İmişli” və “Qəbələ” komandaları arasında baş tutacaq.

Daha öncə “Sabah” və “Sumqayıt” 1/4 finala vəsiqəni təmin ediblər.

Azərbaycan Kuboku
1/8 final

19 dekabr 2023

“İrəvan” - “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov
“ASK Arena”, 13:00.

“İmişli” - “Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu, 16:00.

Müəllif: Bəhruz MƏMMƏDOV