FHN-in İdman-sağlamlıq klubunda dünya çempionu ilə görüş olub

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən pauerliftinq (WRPF) üzrə dünya çempionatında qüvvəsini sınayaraq ölkəmizə iki qızıl medal gətirib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev dünya çempionatında böyük uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV