MGA-da uşaqlar üçün "Oyuncaqların sərgüzəştləri" adlı Yeni il şousu təşkil olunacaq - VİDEO

ESTAFET/ Dekabrın 27-də Milli Gimnastika Arenasında “Oyuncaqların sərgüzəştləri” adlı əyləncəli Yeni il şousu keçiriləcək.

Ulduz gimnastların ifasında müxtəlif illərin bütün tanış cizgi filmləri qəhrəmanları ilə birlikdə sizi maraqlı Yeni il macərası gözləyir. “Woody” və “Buzz” oğurlanmış yeni il ulduzunu qaytarmaq üçün sehrli səyahətə çıxacaqlar. Bu işdə onlara “Peter Pan”, “Dzin-Dzin pərisi”, “Pinokkio” və başqaları kömək edəcəklər.

Şouda uşaqları sürprizlər və hədiyyələr də gözləyir. Biletlər onlayn satışda mövcuddur.

Müəllif: Bəhruz MƏMMƏDOV