Fərid Qayıbov Azərbaycan Deflimpiya Komitəsinin prezidenti ilə görüşüb

Dekabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və idarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə komitənin inkişafı, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Deflimpiya Komitəsinin idarə heyətinin üzvləri Yalçın Niftiyev, Səidə Babazadə, Sahib Gülməmmədov, Cəmilə Abdulova, Sevgiyə Qasımova, Nərgiz Abdulova iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV