Gömrük əməkdaşı gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Kunq-fu idman növü üzrə 29-cu respublika çempionatı və birinciliyində Dövlət Gömrük Komitəsinin əməkdaşı uğurla çıxış edərək gümüş medal qazanıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən ölkə çempionatında 24 komanda mübarizə aparıb.

DGK Azərterminalkompleks Birliyinin əməkdaşı Elşad Şükürov 90 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV