Dünyanın ən bahalı gəncləri

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət dünyanın rəmzi komandası açıqlanıb. "Transfermarkt"ın müəyyənləşdirdiyi "11-lik"də ən bahalı oyunçu "Real"ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellingemdir. 

Siyahıda İspaniya ilə yanaşı, Almaniya, İngiltərə və Portuqaliyada oynayanlar yer alıb. 

Qapıçı: Qavin Bazunu ("Sauthempton", 15 milyon avro)
Müdafiəçilər: Yosko Qvardiol ("Mançester Siti", 80 milyon avro), Levi Kolvil ("Çelsi", 55 milyon avro), Antonio Silva ("Benfika", 45 milyon avro).
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Real"), Qavi ("Barselona", hər ikisi 90 milyon avro), Florian Virtz ("Bayer", 100 milyon avro), Cud Bellingem ("Real", 180 milyon avro), Camal Musiala ("Bavariya", 110 milyon avro).
Hücumçular: Evan Ferqyuson ("Brayton"), Rasmus Hoylund ("Mançester Yunayted", hər ikisi 65 milyon avro).

Müəllif: Natiq NƏSİROV