Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursu keçiriləcək

ESTAFET/ Yanvarın 23-dən 26-dək Bakıda AFFA tərəfindən UEFA C kateqoriyalı məşqçi kursu keçiriləcək.
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Dörd moduldan ibarət olacaq kursun növbəti sessiyaları 13-16 fevral, 27 fevral – 1 mart və 11-16 mart tarixlərində təşkil olunacaq.
