Azərbaycanın cüdo üzrə milli komandası Mittersilldə ilin ilk olimpiya təlim-məşq toplanışındadır

Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri hazırda Avstriyanın Mittersill şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak edirlər.
Yanvarın 8-dən 16-dək Avropa Cüdo Birliyinin təşkil etdiyi bu beynəlxalq təlim-məşq toplanışına Azərbaycandan 36 idmançı qatılıb. Düşərgə yeni mövsüm üçün əsas hazırlıq mərhələsi hesab olunur.
Məşqdə Azərbaycan yığması ilə yanaşı Yaponiya, Hollandiya, Fransa və Gürcüstan kimi tanınmış cüdo ölkələr də fəal iştirak edir.
Qeyd edək ki, Olimpiya təlim-məşq düşərgəsinə 55 müxtəlif ölkədən 902 idmançı qatılıb.
