Hakim İbrahimov atletika üzrə milli komandamızın baş məşqçisi təyin edilib

Bu gün  Azərbaycan Atletika Federasiyasının rəhbərliyi məşqçilərlə görüşüb. Federasiya prezidenti Cavid Qurbanov məşqçilərin təkliflərini dinləyib və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürünü çatdırıb və qeyd olunub ki, bu mütəxəssislər məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər.

Görüşdə milli komandanın yeni məşqçi heyəti təqdim olunub.

Hakim İbrahimov - Baş məşqçi

Nazim İsrafilov - Ehtiyat üzrə baş məşqçi

Valentin Bulıçev - Sprint üzrə böyük məşqçi

Ziyad Xəlfəyev - Tullanmalar üzrə böyük məşqçi

Vüqar Ələsgərov - Dözümlülük üzrə böyük məşqçi

Emil Şahtahtinski - Atmalar üzrə böyük məşqçi

Anar Yusifov - Regionlar üzrə böyük məşqçi

Rəhim Xəlilov - Ehtiyat üzrə məşqçi

Müəllif: Bəhruz MƏMMƏDOV