Hakim İbrahimov atletika üzrə milli komandamızın baş məşqçisi təyin edilib
Bu gün Azərbaycan Atletika Federasiyasının rəhbərliyi məşqçilərlə görüşüb. Federasiya prezidenti Cavid Qurbanov məşqçilərin təkliflərini dinləyib və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürünü çatdırıb və qeyd olunub ki, bu mütəxəssislər məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər.
Görüşdə milli komandanın yeni məşqçi heyəti təqdim olunub.
Hakim İbrahimov - Baş məşqçi
Nazim İsrafilov - Ehtiyat üzrə baş məşqçi
Valentin Bulıçev - Sprint üzrə böyük məşqçi
Ziyad Xəlfəyev - Tullanmalar üzrə böyük məşqçi
Vüqar Ələsgərov - Dözümlülük üzrə böyük məşqçi
Emil Şahtahtinski - Atmalar üzrə böyük məşqçi
Anar Yusifov - Regionlar üzrə böyük məşqçi
Rəhim Xəlilov - Ehtiyat üzrə məşqçi