Bakıda avarçəkmə məşqlərinin keçirilmə vaxtları açıqlandı - VİDEO

Avarçəkmə idman növünün təbliği, təşviqi, kütləviliyin artırılması və inkişafı yönündə xidmət göstərən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Bakıda mütəmadi avarçəkmə məşqləri keçirir. Məşqlər həftənin bütün günləri təşkil edilir.

Paytaxtda avarçəkmə məşqləri Bulvar ərazisində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının inzibati binasının yaxlınlığında Xəzər dənizində keçirilir. Məkan Suraxanı Gəmi Muzeyi və Su İdman Sarayına da yaxın ərazidə yerləşir. Məşqlər beynəlxalq dərəcəli, əməkdar məşqçi Samir Məmmədov, respublika dərəcəli, əməkdar məşqçi İlham Qafarov, birinci dərəcəli məşqçi Larisa Axundova və beynəlxalq sertifikatlı Viktor Ozerov tərəfindən aparılır. Məşq saatları bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri saat 15:30-dan 18:00-a qədər. Bazar günü isə səhər 9:30-dan 13:00-a qədər keçirilir. Qeyd edək ki, məşqlər uşaq və yeniyetmələr üçün ödənişsizdir.

BAZAR ERTƏSİ
15:30-18:00

ÇƏRŞƏNBƏ AXŞAMI
15:30–18:00

ÇƏRŞƏNBƏ
15:30 – 18:00

CÜMƏ AXŞAMI
15:30 – 18:00

CÜMƏ
15:30 – 18:00

ŞƏNBƏ
15:30 – 18:00

BAZAR
09:30 – 13:00

Twitter

TƏQVİM

APREL 2025
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4