“Fənərbaxça” Çağlar Söyüncünü icarəyə götürmək istəyir

ESTAFET/ “Fənərbaxça” Madrid “Atletiko”sunun mərkəz müdafiəçisi Çağlar Söyüncünü icarəyə götürmək istəyir.

Söyüncü bu qış “Fənərbaxça”nın əsas transfer hədəfidir.

Komanda rəhbərliyi türkiyəli futbolçu ilə görüşmək üçün artıq İspaniyaya yollanıb. Eyni zamanda Çağlar komandadan getməyin əleyhinə deyil və başqa kluba keçmək imkanından dərhal imtina etməyəcək.

Müəllif: Natiq NƏSİROV