“Ayaks” Hendersonla şəxsi müqaviləsini razılaşdırmağa yaxındır
ESTAFET/ “Ayaks” “Əl-İttifaq”ın 33 yaşlı yarımmüdafiəçisi Cordan Henderson ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmağa doğru bir addım qalıb.
Hollandlar Hendersonlə razılığa gəldikdən sonra futbolçunun transfer məbləği ilə bağlı “Əl-İttifaq”la danışıqları davam etdirəcəklər.
Hendersonla “Yuventus”un da maraqlandığı vurğulanır, amma təklifi daha konkret olduğundan futbolçunun özü “Ayaks”a üstünlük verir.
Həmçinin yarımmüdafiəçi bu ölkənin vergi qanunvericiliyinə görə İngiltərə çempionatına qayıtmaq seçimini nəzərdən keçirmir.