“Turan Tovuz” Özbəkistan təmsilçisinə məğlub oldu

ESTAFET/ "Turan Tovuz" bu gün Antalyada daha bir yoxlama oyunu keçirib.

Ayxan Abbasovun komandası Özbəkistan "Nasaf"ı ilə qarşılaşıb.

Bu görüşdə Tovuz klubu 2:4 hesabı ilə uduzub. "Turan Tovuz"un qollarını İsmayıl Zülfüqarlı və Roderik Miller vurub.

Tovuzlular bu gün Macarıstan “Şiofok”una da 0:2 hesabıyla uduzmuşdular. Türkiyə toplanışı çərçivəsindəki ilk oyunda Rumıniya “Voluntari”si ilə görüş də məğlubiyyətlə başa çatmışdı – 0:2.

Müəllif: Orxan NOVRUZOV