Evren Alkaya rəhbərliyində "Sərhədçi" ilk qələbəsini qazanıb

13 yanvar Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub.

"Cəlilabad" klubu doğma azarkeşləri qarşısında, çempionatın sonlarında qərarlaşmış "Sərhədçi" klubunu qəbul edib. Bərabər mübarizə şəraitində keçən oyunun yekununda "Sərhədçi" 97-92 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Zaur Paşayev - 27 xal, 7 ribaund), "Sərhədçi" (Brendon Miller - 27 xal, 10 asist)

Müəllif: Məsim MƏSİMZADƏ