Azərbaycanda bilyard üzrə dünya çempionatı keçirilə bilər

ESTAFET/ Azərbaycan bilyard idman növü üzrə dünya çempionatına ev sahibliyi edə bilər.
Bu barədə Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yarışın bu il və ya 2025-ci ildə təşkil olunması planlaşdırılır: “Amma ortada hələ dəqiq bir şey yoxdur. Sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, lakin inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik”. (AZƏRTAC)
