U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin komanda yarışları keçirilir

19 yanvarda U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı baş tutacaq. Komanda yarışlarında 8 komanda kubok uğrunda mübarizə aparacaq. Qızlar -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -60 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində güclərini sınayacaq.

Komanda yarışlarının final görüşləri İdman TV vasitəsi ilə canlı yayımlanacaq. Qeyd edək ki, final görüşləri 16:00-da keçiriləcək.

İdmançılarımıza uğurlar arzu edirik!

Müəllif: Natiq NƏSİROV