Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti açıqlandı
ESTAFET/ Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi 2024 H&N Kuboku üçün heyəti açıqlanıb.
6-sı kişi, 4-ü isə qadın atlet olmaqla, İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.
2024 H&N Kuboku 23-28 yanvarda baş tuatacaq.