"NTD-İNDİQO" ilk üçlükdəki mövqeyini bir qədər də möhkəmləndirib

27 yanvar Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 12 -ci turunun dördüncü oyunu baş tutub. Çempionatın liderlər qrupunda qərarlaşmış Xaçmaz təmsilçisi "NTD-İNDİQO", səfərdə "Gəncə" klubu ilə qarşılaşıb və 94-80 hesablı qələbəyə sevinib. Bu qələbə "NTD-İNDİQO" nun müntəzəm mövsümdəki 10-cu qələbəsi olub. Ən məhsuldar basketbolçular: "Gəncə" (Culs Mur - 17 xal, 7 ribaund), "NTD-İNDİQO" (Qeylen Smit - 27 xal, 16 ribaund)

Qeyd edək ki, 12-cu turun son oyunu ("Şəki" - "Neftçi") 28 yanvar tarixində baş tutacaq

Müəllif: Məsim MƏSİMZADƏ