Özbəkistan və Cənubi Koreya 1/4 finalda
ESTAFET/ Asiya kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir. Bu gün daha 2 oyun baş tutub.
Özbəkistan yığması Tailand üzərində çətin qələbə ilə 1/4 finala çıxıb.
Səudiyyə Ərəbistanı və Cənubi Koreya yığmalarının oyunu daha gərgin keçib. Əsas vaxtı heç-heçə yekunlaşan matçda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən koreyalılar 1/4 finala vəsiqə qazanıblar.
Asiya Kuboku
1/8 final
28 yanvar 2024
Avstraliya – İndoneziya 4:0
Qollar: Baqqott 12 (ö.q.), Boyle 45, Qudvin 89, Souttar 90+1
Tacikistan – BƏƏ 1:1 (penaltilər – 5:3)
Qollar: Xanonov 30 : Əl-Hammadi, 90+5
29 yanvar 2024
İraq – İordaniya 2:3
Qollar: S.Natiq 68, A.Hüsseyn 76 : Əl-Naimat 45+1, Əl-Ərəb 90+5, Əl-Rəşdan 90+7
Qətər – Fələstin 2:1
Qollar: Əl-Haydos 45+6, Afif 49 (pen.) : Dabbaq 37
30 yanvar 2024
Özbəkistan – Tailand 2:1
Qollar: Turqunboyev 37, Fayzullayev 65 : Saraçat 58
Səudiyyə Ərəbistanı – Cənubi Koreya 1:1 (penaltilər 2:4)
Qollar: Radif 46 : Ço 90+9
31 yanvar 2024
15:30. Bəhreyn – Yaponiya
20:00. İran – Suriya