Cüdoçular Belçikadan 4 medalla qayıtdılar

ESTAFET/ Belçikanın Vise şəhərində beynəlxalq Belçika Açıq cüdo turniri keçirilib.

Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunub.

Cüdoçularımız turnirində 1 qızıl və 3 bürünc medal əldə ediblər. Azərbaycan cüdoçuları yarışda medal əyarına görə ümumi hesabda dördüncü yeri tutub. 

Kişilər arasında 66 kq çəkidə İslam Rəhimov qızıl medal, Aydın Rzayev isə bürünc medal əldə ediblər. 73 kq çəkidə Nəriman Mirzəyev və +100 kq çəkidə Kənan Nəsibov bürünc medala sahib olub. Turniri 60 kq çəkidə Rövşən Əliyev 5-ci, 100 kq çəkidə Əjdər Bağırov 7-ci yerdə tamamlayıb.

Müəllif: Natiq NƏSİROV