"Sabah" Kurtinaytisin rəhbərliyi altında ilk məğlubiyyətini alıb

7 fevral "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 14-cü turunun açılış oyunu baş tutub. "Sabah" və "Neftçi" klubları arasında keçirilmiş oyuna, "Neftçi" fəal başlayıb və qarşılaşmanın ilk dəqiqələrindən üstünlüyü ələ keçirərək yekunda 101-87 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Sabah" (Mayk Holton - 17 xal, 5 asist), "Neftçi" (Alfonso Villis - 25 xal, 6 ribaund)
Qeyd edək ki, 14-cü turun növbəti oyunları ("Xəzri" - "Şəki", "Sumqayıt" - "Cəlilabad", "Gəncə" - "Sərhədçi", "NTD-İNDİQO" - "Xırdalan") 8-11 fevral tarixləri aralığında baş tutacaq
