Yığmamız Avropa çempionatında iştirak edəcək

ESTAFET/ 12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edəcək. 

Heyət aşağıdakı kimidir:

Qadın:

Nazilə İsmayılova (45 kq)

Kişilər:

İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).

Müəllif: Natiq NƏSİROV