Cüdoçular prezident seçkilərində iştirak ediblər

ESTAFET/ Parisdə beynəlxalq təlim məşq toplanışında olan Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli yığma komandasının üzvləri, məşqçi və tibb heyəti  7 fevralda Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində keçirilən növbədənkənar prezident seçkilərdə iştirak ediblər.

 Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin rəhbərliyi ilə 23 nəfər səsvermə prosesinə qatılıb və öz vətəndaşlıq borclarını yerinə yetiriblər.

Müəllif: Natiq NƏSİROV