“Cəlilabad” pley-off şanslarını qorudu

ESTAFET/ Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 13-cü turunun növbəti oyunu keçirilib.

“Cəlilabad” doğma azarkeşləri önündə “Şəki” ilə qarşılaşıb.

Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran meydan sahibləri gərgin görüşün yekununda 90:86 hesablı qələbə qazanaraq, pley-off şanslarını davam etdiriblər.

Ən məhsuldar basketbolçular “Cəlilabad”da Zaur Paşayev (26 xal, 3 assist), “Şəki”də isə Pol Dibal (25 xal, 4 ribaund) olublar.

13-cü turun son oyunu (“NTD-İndiqo” – “Xəzri”) fevralın 4-də baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ