Daha bir cüdoçunuz Parisdə gümüş medal qazandı

ESTAFET/ Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.

90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka uduzub.

Sonuncu yarış günündə mübarizəyə qoşulan Vüqar Talıbov (90 kq) və Uşanqi Kokauri (+100 kq) mükafat əldə edə bilməyib.

Daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.

Müəllif: Natiq NƏSİROV