Dadaşbəyli Avropanın ən yaxşıları arasında
ESTAFET/ Azərbaycan yığma komandasının üzvü Dadaş Dadaşbəyli 2023-cü ilin ən yaxşı kişi ağırlıqqaldıranı olmağa 10 namizədin siyahısına düşüb.
Atletimiz dünya şöhrətli Laşa Talaxadze, Karlos Nassar və digərləri ilə birlikdə qitənin ən güclüləri sırasında yer alıb.
Avropanın "Qızıl 10-luğu" adı verilən siyahı Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) Avropa bölümü (AIPS Europe) və Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) arasında imzalanan memorandum çərçivəsində hazırlanıb. Bu idmançılar arasından səsvermə yolu ilə ilin ən yaxşı atleti seçiləcək. Qalibin adı fevralın 12-də, Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatının rəsmi açılış mərasimində açıqlanacaq.