İDMANÇIMIZ MDB İDMAN FESTİVALININ QALİBİ OLUB
ESTAFET/ Rusiyanın Ulyanovsk şəhərində MDB ölkələrinin ənənəvi idman və oyun festivalı keçirilib. Festivalda iştirak edən samboçumuz Emil Həsənov 68 kq çəki dərəcəsində bütün görüşləri qələbə ilə bitirərək festivalın qalibi adını qazanıb.