"Queen Cup" beynəlxalq turnirində uğurlu çıxış

ESTAFET/ 9-11 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən bədii gimnastika üzrə “Queen Cup” beynəlxalq turnirində “Ocaq Sport” Klubunun gimnastları uğurlu çıxışları ilə fəxri kürsüyə qalxmağı bacarıblar.

Neslihan Əkbərli (alətsiz), Alsu Abdullayeva (alətsiz, gürzlər), Nilüfər Qasımova (alətsiz, lent), Nuray Məmmədova (top) qızıl medallar qazanıblar. İnara Abıyeva qızıl (gürzlər) və bürünc (alətsiz), Aylin Yusifli isə gümüş (gürzlər) və bürünc (top) medallara layiq görülüblər.

Müəllif: Bəhruz MƏMMƏDOV