Dünya Alpaqut Federasiyasının beynəlxalq uğuru

ESTAFET/ Dünya Alpaqut Federasiyası Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyası tərəfindən tanınaraq rəsmi üzvlüyə qəbul edildi.

Dünya İdman Federasiyalqrının Baş Assosiasiyası (GAWSF - General Association of World Sports Federations) Dünya Alpaqut Federasiyasını (WAF) rəsmi üzvlüyə qəbul edib. Bununla əlaqədar GAWSF rəhbərliyi Dünya Alpagut Federasiyasının prezidenti Milllət vəkili Jalə Əhmədovaya məktub ünvanlayıb və təsdiq edilmiş üzvlük sertifikatını göndərib.

Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyası (GAWSF) çoxsaylı beynəlxalq, kontinental və milli idman federasiyaları və təşkilatları üçün çətir təşkilatı kimi xidmət edən qeyri-kommersiya beynəlxalq idman təşkilatıdır.  20 Noyabr 2014-cü ildə Makaoda hüquqi şəxsə malik beynəlxalq təşkilat kimi yaradılmış və SportAccord-dan razılıq almışdır.  GAISF 2022-ci ilin noyabrında  ləğv edildikdən sonra, GAWSF, GAISF-in məqsəd və vəzifələrini  izləmək və Dünya idmanının inkişafına xidmət etmək və töhfə verməkdə daha ciddi təşkilata çevrilmişdir.

Hazırda GAWSF-nin 370-dən çox beynəlxalq, kontinental və milli üzv federasiyaları var və hazırda GAWSF-nin tərəfdaşları olan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri var.   GAWSF-nin əsas məqsədi idman və bədən tərbiyəsi fəaliyyətini, idman sənayesini və idman təhsilini qlobal miqyasda təşviq etmək və inkişaf etdirməkdir.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası (qısaldılmış WAF) Alpaqut döyüş sənətini təbliğ etmək və digər ölkələrdə Alpaqut klublarını və federasiyalarını idarə etmək məqsədi ilə yaradılmış beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət idman təşkilatıdır. 12 fevral 2014-cü il tarixində 434162041 nömrəsi ilə qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.
 
Federasiya Alpaqut idman növünü aşağıda qeyd olunan  beynəlxalq idman təşkilatları Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE), Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA), Beynəlxalq Ədalətli Oyunlar Komitəsin ( FairPlay ),  Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO), Beynəlxalq Döyüş Növləri Oyunları Komitəsi ( IMGC), tərəfindən rəsmən tanıtdırmışdır və eyni zamanda Dünya Alpaqut Federasiyası (DAF) Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb.

Müəllif: Bəhruz MƏMMƏDOV