DAF VƏ AHİTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

Dünya Alpaqut Federasiyasının (DAF) nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında (AHİTA ) ikitərəfli görüş keçirib.
Görüşdə DAF prezident Jalə Əhmədova, Azərbaycan Alpaqut Federasiyanın (AAF) prezident Fuad Quliyev, AAF-ın vitse-prezident Mehman Səfərov və DAF-ın ictimaiyyətlə əlaqələr üzrə müdiri Firuzə İskəndərova iştirak ediblər.
Görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və idmanın inkişafı sahəsində birgə fəaliyyət imkanlarının dəyərləndirilməsi olub.
AHİTA -nın direktoru Tural Qasımov bildirib ki, rəhbər olduğu qurum idmanın bütün sahələrinin inkişafına dəstək verməyə hər zaman hazırdır.
Görüşün sonunda DAF VƏ AHİTA arasında əməkdaşlıq imkanları müzakirə edilib.
