“Tottenhem” Frenki de Yonqa görə “Barselona”ya təklif ünvanladı

ESTAFET/ Niderland yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Tottenhem”in transfer hədəfinə çevrilib.
London klubu holland futbolçunu dəvət etməkdə ciddi maraqlıdır.
“Mahmızalar” De Yonqun müqabilində Kataloniya klubuna 60 milyon avro təklif ediblər. Frenkinin özünə isə 4 illik müqavilə təklif edilib. Vurğulanır ki, De Yonq “Tottenhem”də müəyyən məqsədlərə nail olsa, “Barselona”dakı maaşı alacaq.
