“Latsio” və PSJ-dən qələbə

ESTAFET/ UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir. Bu gün daha 2 görüş baş tutub.
“Latsio” “Bayern”i qəbul edib. Münhen təmsilçisi səfərdə minimal hesabla məğlub olub.
PSJ isə doğma azarkeşləri önündə “Real Sosyedad”ı sınağa çəkib və inamlı qələbəyə sevinib.
Bu cütlərdə cavab matçları martın 5-də keçiriləcək.
Daha öncə “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) isə Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlmişdi.
Çempionlar Liqası
1/8 finalın ilk oyunları
14 fevral 2024
“Latsio” (İtaliya) - “Bayern” (Almaniya) 1:0
Qol: İmmobile 69 (pen.)
Baş hakim: Fransua Leteksye (Fransa).
Roma, “Stadio Olimpiko”.
PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:0
Qollar: Mbappe 58, Barkola 71
Baş hakim: Marko Quida (İtaliya).
Paris, “Park de Prens”.
