Bakı Böyük Dəbilqə turnirinə hazırlıq məqsədi ilə hakimlər üçün seminar keçirilib

ESTAFET/ 15 fevralda Bakı Böyük Dəbilqə turnirinə hazırlıq məqsədi ilə hakimlər üçün seminar keçirilib.

Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən seminarda qadağan olunmuş fəndlərlə bağlı müzakirə aparılıb.

Müxtəlif hallar əyani formada tatami üzərində nümayiş olunub. Mübahisələrə səbəb olan epizodlar təhlil olunub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev üç gün davam edəcək turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.

Müəllif: Natiq NƏSİROV