Məmmədovla Mahmudov dünya kubokuna yollandılar
ESTAFET/ Azərbaycanın parapauerliftinqçiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya kubokuna yollanıblar.
Yarışda ölkəni Pərvin Məmmədov (49 kq) və Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.
Qeyd edək ki, martın 7-də başa çatacaq turnir Paris-2024 Yay Paralimpiya Oyunları üçün reytinq xalı qazandırır.