“Qrinvud “Barselona”da oynamağı bacarar”

ESTAFET/ “Xetafe”nin baş məşqçisi Xose Bordalas “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudun icarə əsasında İspaniya klubuna transferinin təfərrüatını danışıb.
Bordalas bu barədə aşağıdakı fikirləri bildirib:
“Əvvəlcə, Qrinvudun “Xetafe”yə keçməsi ilə bağlı şübhələr vardı, amma mən onu öz məsuliyyətimə götürdüm. Başa düşürəm ki, klubun şübhələri vardı. Meysonun demək olar ki, iki il fasiləsi vardı. Onun istedad və keyfiyyətlərini nəzərə alaraq səbrli idik və proses ləng gedirdi. Hamımız ona çox kömək etdik və indi o, ən yaxşı səviyyəsinə çatmağa yaxındır.
Qrinvud “Barselona”da və ya hər hansı digər yüksək səviyyəli klubda oynaya bilər. Görək onun sonu hara olacaq”.

