Azərbaycan birinciliyi başa çatıb
ESTAFET/ Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb.
Yarış Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunub.
Turnirdə ölkənin şəhər və rayonlarının idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edib.
Son yarış günündə 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Müvafiq olaraq 73 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Akif Abdullayev, 81 kq çəkidə 235 kq-la (108+127) Nicat Babayev, 89 kq çəkidə 260 kq-la (120+140) Hüseyn Heydərov, 96 kq çəkidə 252 kq-la (115+137) Muhammədəli Məmmədzadə, 102 kq çəkidə 188 kq-la (83+105) Sultan Sultanov və +102 kq çəkidə 210 kq-la (90+120) Sadiq Əliquliyev qızıl medallara sahib çıxıblar.