Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat çempionatı keçirilib

Gürcüstanın Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümnə həsr olunmuş şahmat çempionatı keçirilib.Yarışda 6-9 və 10-15 yaş qruplarında 48 şahmat həvəskarı iştirak edib. İlk olaraq,tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Əvvəlcə GAİM-in icraçı direktoru Murad Muradov Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, bu qanlı faciədən 32 il keçməsinə baxmayaraq, xalqımız soyqırımı qurbanlarının xatirəsini heç zaman unutmayıb və unutmayacaq. O da diqqətə çatdırılıb ki, faciə qurbanlarının xatirəsi təkcə Azərbaycanda deyil, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə anılır.

Anım tədbirindən sonra turnirə start verilib. Yarışda birincilik uğrunda Marneuli bələdiyyəsində fəaliyyət göstərən “GAİM”, “Çay Evi” (Tea House) və Kürtlər kəndindəki tədris mərkəzinin şagirdləri mübarizə aparıblar. Yarışda 6-10 yaş qrupunda “Tea hause”un yetirmələri Amar Nəsibov birinci, Rafael Bayramov ikinci, Mate Kiparoidze üçüncü yerləri qazanıblar. Digər qrupda (10-15 yaş qrupu) mübarizə aparan gənc şahmatçılardan Əli Əliyev (Çay Evi) birinci, Hesynəli Allahverdiyev ikinci, Renat Əsgərov (GAİM) isə üçüncü yeri tutub.

Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümnə həsr olunmuş silsilə tədbirlər çərçivəsində mərkəzin müəllim və məktəb şagirlərinə, həmçinin dəvət olunmuş gürcü ictimaiyyətinin nümayəndələrinə “İşgəncələr məbədi – Şuşa həbsxanası”adlı sənədli film nümayiş olunub. Sonda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Müəllif: Natiq NƏSİROV