Azərbaycan güləşçilərindən ilk gündə 3 medal

ESTAFET/ Türkiyənin Antalya şəhərində güləş üzrə "Çempionlar" turnirinə start verilib.
İlk yarış günündə güləşçilərimiz 3 medal qazanıb.
Ruzanna Məmmədova ilk dəfə çıxış etdiyi 62 kq-da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvina Kərimzadə (50 kq) üçüncü yeri tutub. Sərbəst güləşdə isə Ramik Heybətov (70 kq) bürünc medal qazanıb.
