"Şəki" evdə məğlub oldu

ESTAFET/ Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 15-ci turunun son oyunu baş tutub.

Play-off şanslarını itirmiş iki klub arasında keçirilmiş oyunda "Sumqayıt" 98:83 hesabı ilə "Şəki" üzərində qələbə qazanıb.

Ən məhsuldar basketbolçular "Şəki"də Kris Klark (20 xal, 9 asist), "Sumqayıt"da isə Lenard Dikson (28 xal, 8 ribaund) olub.

Müəllif: Məsim MƏSİMZADƏ