Mustafayev “Dinamo”ya qarşı oynadı

ESTAFET/ Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi "Polesye" səfərdə "Dinamo" (Kiyev) ilə qarşılaşıb.

Görüş Kiyev təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Emil fasilədə əvəzlənib.

Bu nəticədən sonra "Polesye" 39 xalla 6-cı pillədə qərarlaşıb.

Müəllif: Natiq NƏSİROV