Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Minifutbol üzrə milli komandamız Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Futbolçularımız turnirin həlledici oyununda son dünya çempionu Rumınya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar.
Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.
