Azərbaycanın səkkizinci medalı - “Prezident Kuboku”

ESTAFET/ Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında səkkizinci medalı qazanıb.

Məhəmməd Həsənov - Raul Şamilov (2010-2011-ci il təvəllüdlü) cütlüyü 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc mükafata sahib çıxıb.

Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV