"Xəzri" yarımfinalda "NTD-İNDİQO" nun rəqibidir

5 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub. Pley-off 'un 1/4 final mərhələsində, "Xəzri" və "Sərhədçi" komandaları arasında seriyanın 3-cü oyunu keçirilib. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Xəzri", yekunda 91-70 hesablı qələbə qazanıb. "Xəzri" seriyada ümumi hesabda 2-1 hesablı qələbə qazanaraq, yarımfinalda "NTD-İNDİQO" nun rəqibi olub. Ən məhsuldar basketbolçular: "Xəzri" (Ceremi Maklaflin- 23 xal, 14 ribaund), "Sərhədçi" (Leon Cilmor - 18 xal, 3 ribaund)
Qeyd edək ki, "NTD-İNDİQO" və "Xəzri" komandalar arasında yarımfinal seriyasının ilk oyunu 8 may tarixində baş tutacaq.
