Hindistan və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Hindistan və Azərbaycan Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Hindistan Gimnastika Federasiyasının prezidenti cənab Mital Sudhir tərəfindən imzalanıb.

Bu əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Müəllif: Bəhruz MƏMMƏDOV