Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Bakıya gələcək

Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabana Azərbaycana səfər edəcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, o, səfər zamanı biliklərini və təcrübəsini yerli mütəxəssislərlə bölüşəcək.

Şabananın keçirəcəyi “Milli mütəxəssislər üçün məşqçilik və hakimlik üzrə seminar”da peşəkar məşqçilər iştirak edəcəklər.

Milli Gimnastika Arenasında avqustun 30-31-də təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV