Kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” davam edir.

Bu gün kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

Fransalı Klemen Besua 25 dəqiq atışla bürünc medal qazanıb. “Qızıl” uğrunda mübarizədə çinli Xinjie Wang və çexiyalı Martin Podraski münasibətlərinə aydınlıq gətirib.

Maraqlı keçən duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medalın sevincini yaşayıb. Xinjie Wang yarışı gümüş medalla başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV